Elman Rüstəmov: “Azərbaycan brend bankların ölkədə fəaliyyət göstərməsində maraqlıdır”

Elman Rüstəmov: “Azərbaycan brend bankların ölkədə fəaliyyət göstərməsində maraqlıdır”
# 08 may 2012 15:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Rəsmi Bakı brend bankların Azərbaycanda fəaliyyət göstərməsində maraqlıdır. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, brend bankların ölkəyə gəlməsi bank sektorunda rəqabəti gücləndirəcək.

ABŞ-ın “CitiBank”, Türkiyənin “İş Bankası” kimi bankların Azərbaycanda nümayəndəlik açmaq istəyinə münasibət bildirən E.Rüstəmov deyib ki, bir çox bankların belə istəyi vardı: “Lakin maliyyə böhranı ilə əlaqədar onlar bu məsələyə toxunmadılar və diqqəti əsasən daxili problemlərin həllinə yönəltdilər. Ümid edirəm ki, belə müraciətlər olacaq və müsbət həllini tapacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR