F-18 qırıcı təyyarənin qəzası insan tələfatı ilə nəticələnməyib

F-18 qırıcı təyyarənin qəzası insan tələfatı ilə nəticələnməyib
# 08 aprel 2012 02:15 (UTC +04:00)
Bakı-APA.Amerika xilasediciləri Virciniya ştatında ABŞ-ın hərbi dəniz qüvvələrinin qırıcı təyyarəsinin düşdüyü yaşayış binasının sakinlərinin hamısının sağ-salamat olduğunu bildiriblər.

APA-nın voanws.com saytına istinadən verdiyi xəbərə, Virciniya Biç (Virginia Beach) şəhərinin yanğınsöndürənlər batalyonunun rəisi Tom Riley bunu şənbə günü xilasediləcilərin itkin düşmüş üç nəfəri axtarmasından sonra elan edib.

Rəsmilər bildirir ki, F-18 qırıcı təyyarənin qəzaya uğraması nəticəsində təyyarənin pilotundan başqa zərər çəkmiş insanların hamısı tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb.

Təlim uçuşu zamanı qəzaya uğrayan ABŞ hərbi dəniz qüvvələrinin F-18 qırıcı təyyarəsinin yaşayış binası kompleksi üzərinə düşməsindən öncə iki ekipaj üzvü katapulta vasitəsilə xilas ola bilib.

Hərbi dəniz qüvvələrinin rəsmiləri qəzaya mexaniki problemin səbəb olduğunu bildirib. İki nəfərlik F-18 qırıcı təyyarə ABŞ hərbi dəniz qüvvələrinin Virciniya Biç şəhəri yaxınlığındakı bazasında qeydə alınıb. Bu ərazidə bir neçə hərbi baza yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR