Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin üzvü Azərbaycana gəlir

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin üzvü Azərbaycana gəlir
# 27 aprel 2012 09:59 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Almaniyanın Azad Demokratlar Partiyasının (FDP) federal sədrinin müavini, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin üzvü Birqit Xonburqer Azərbaycana səfərə gəlir. APA-nın xəbərinə görə, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmova bildirib.

Səfər 29 aprel - 2 may tarixlərində baş tutacaq.

Səfər çərçivəsində almaniyalı qonaq Azərbaycanın hökumət nümayəndələri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR