Müxtəlif ölkələrdə mehmanxanalarda nömrələrin qiymətlərinə dair nəticələr açıqlanıb

Müxtəlif ölkələrdə mehmanxanalarda nömrələrin qiymətlərinə dair nəticələr açıqlanıb
# 26 sentyabr 2012 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hotel.info portalı «Mehmanxana qiymətlərinin barometri» adlı təhqiqatın nəticələrini açıqlayıb.

«APA-Economics»in məlumatına əsasən, mehmanxana nömrələrinin qiymətlərinə görə Moskva (Rusiya) bir çox Avropa şəhərlərini qabaqlayıb. Belə ki, Moskvada hotellərin nömrələrinin qiyməti Londonda bu yay keçirilən olimpiya oyunları zamanı mehmanxanaların nömrələrinin qiymətlərindən kifayət qədər yuxarı olub.

«Mehmanxana qiymətlərinin barometri» adlı təhqiqatın nəticələrinə əsasən, siyahıda hotellərdə qiymətlərinin baha olmasına görə Moskva birinci yeri tutub. Bu şəhərdə hotel nömrəsinin bir sutkasının orta qiyməti 210 ABŞ dolları təşkil edir. London (Böyük Britaniya) reytinqdə nömrənin sutkalıq qiyməti 205 dollar olmaqla ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə Stokholm (190 dollar) tutub.

Postsovet şəhərlərindən siyahıda Moskva ilə yanaşı, Kiyev də (Ukrayna) yer alıb. Kiyevdə hotellərin nömrələrinin sutkası orta hesabla 140 dollara təklif olunur. Kiyev bu göstərici ilə siyahıda 7-ci yerdə qərarlaşıb.

Paris (Fransa), Amsterdam (Niderland) və Lyublyana (Sloveniya) kimi şəhərlərdə hotellərin qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə kifayət qədər ucuzlaşıb.

Bununla yanaşı, Nyu-Yorkda (ABŞ) bu göstəricilər son bir ildə 17% artaraq avqusta 264 dollara çatıb. Kəskin qiymət artımı həmçinin Sinqapurda (Sinqapur, 247 dollar), Sidneydə (Avstraliya, 214 dollar), Honkonqda (Çin, 199 dollar), Buenos-Ayresdə (Argentina, 144 dollar) və İstanbulda (Türkiyə, 114 dollar) qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR