Ukraynanın Azərbaycandakı səfiri: “Maye qazın nəqli üzrə birgə müəssisənin yaradılmasına dair saziş müzakirə mərhələsindədir”

Ukraynanın Azərbaycandakı səfiri: “Maye qazın nəqli üzrə birgə müəssisənin yaradılmasına dair saziş müzakirə mərhələsindədir”
# 06 fevral 2012 14:00 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bildirib.

Onun sözlərinə görə, bəzi KİV-də yazılanların əksinə olaraq, sazişin Davosda imzalanması əvvəldən planlaşdırılmayıb.

Səfir qeyd edib ki, bu ilin I yarısında Kiyevdə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək. İclasın dəqiq tarixi iki ölkənin XİN kanalları vasitəsilə dəqiqləşdirilir.

A.Mişşenko deyib ki, Ukrayna Azərbaycanın turizm sahəsinin inkişafında maraqlıdır: “Ukrayna sahibkarları Azərbaycan bazarına investisiya məkanı kimi baxır. Bu ilin məhsuldar və səmərəli olacağına inanırıq. Bütün bu məsələlər hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq”.

Qeyd edək ki, ötən il yanvarın 28-də Davosda Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yanukoviçin iştirakı ilə Azərbaycan və Ukrayna arasında iki sənəd - Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə saziş və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb. Ukraynaya 2014-cü ildə 2 mlrd. kubmetr, 2015-ci ildə isə 5 mlrd. kubmetr maye qazın nəqlini nəzərdə tutan razılaşma sentyabrda hər iki ölkə tərəfindən paraflanıb.

Ukrayna Rusiya qazından asılılığını azaltmaq üçün 2015-ci ilin sonuna qədər Qara dəniz sahilində maye qazın qəbulu üzrə terminal tikməyi planlaşdırır. Layihənin ilkin dəyəri 2,5 mlrd. dollar həcmində qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR