“Rabitəbank”ın depozit portfeli 11% genişlənib

“Rabitəbank”ın depozit portfeli 11% genişlənib
# 14 fevral 2012 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 131,230 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 7,2% artaraq 89,275 mln. manat depozit portfeli 10,8% artaraq 76,884 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 26% artaraq 16,682 mln. manat, o cümlədən nizamnamə kapitalı 33,3% artaraq 13,471 mln. manat təşkil edib.

Bundan başqa, il ərzində bankın müştərilərinin məcmu sayı 27% artaraq 46 267-yə, o cümlədən fiziki şəxslərin sayı 28,5% artaraq 45 430-a, hüquqi şəxslərin sayı isə 1,5% azalaraq 837-yə çatıb. Eyni zamanda bankın cəmi aktiv plastik kartlarının sayı 23% artaraq 8 548, o cümlədən debet kartlarının sayı 23% artaraq 6 213, kredit kartlarının sayı isə 22% artaraq 2 335 olub.

Təhlil aparılan dövr ərzində bankın işçilərinin sayı 17% artaraq 387 nəfər, orta aylıq əmək haqqı isə 3,1% artaraq 687 manat təşkil edib.

Xatırladaq ki, “Rabitəbank” ASC 1993-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR