Anar: “Dünyanın heç bir ölkəsində Yazıçılar Birliyinə və yazıçılara ev verilmir” - FOTO

Anar: “Dünyanın heç bir ölkəsində Yazıçılar Birliyinə və yazıçılara ev verilmir” - <font color=red>FOTO</font>
# 31 oktyabr 2012 10:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, buna baxmayaraq, öz xahişi ilə AYB üçün ev tikməyə sahə ala bilib: “Əgər ev almaq üçün 44 nəfərin ərizəsi varsa və 34 nəfərə ev verilirsə, təbii ki, 10 nəfər narazı qalacaq. Heç o ev alan 34 nəfərə görə adama “sağ ol” deyən yoxdur. “Sağ ol” demirlərsə, heç olmasa, qalmaqala yol verməsinlər. Qalan 10 nəfərə də imkan olduqca, ev veriləcək”.

Anar deyib ki, Dəvəçi rayonunda da digər yaradıcılıq birlikləri ilə yanaşı, AYB üzvləri üçün də kotteclər tikiləcək. Hələlik qlobal maliyyə böhranı səbəbindən bu işlər dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR