Azərbaycan prezidenti nigeriyalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti nigeriyalı həmkarına başsağlığı verib
# 04 iyun 2012 14:58 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının prezidenti Qudlak Conatana başsağlığı məktubu ünvanlayıb. APA-nın məlumatyına görə, məktubda deyilir: “Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Nigeriya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, Nigeriyada baş vermiş təyyarə qəzasında 153 nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR