Bağdadda İranla “altılıq” ölkələri arasında müzakirələrin ikinci turu başlayıb

Bağdadda İranla “altılıq” ölkələri arasında müzakirələrin ikinci turu başlayıb
# 24 may 2012 09:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İraqın paytaxtı Bağdadda İranla “altılıq” ölkələri arasında müzakirələrin ikinci turu başlayıb. APA-nın məlumatına görə, görüşdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın, eləcə də Almaniyanın nümayəndələri, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və digər diplomatlar iştirak edir.

Qeyd edək ki, müzakirələrin ilk turunda tərəflər bir-birilərinə yeni təkliflər paketi təqdim ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR