ABŞ müdafiə naziri Əfqanıstana qəfil səfər edib

ABŞ müdafiə naziri Əfqanıstana qəfil səfər edib
# 14 mart 2012 09:17 (UTC +04:00)
Bakı – APA. ABŞ müdafiə naziri Leon Panetta qabaqcadan elan olunmadan Əfqanıstana qəfil səfər edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, səfər hələ bir neçə ay əvvəl planlaşdırılırdı, nazir Əfqanıstanın rəsmi şəxsləri və ölkədəki amerikalı hərbçilərlə bir araya gəlməliydi. Lakin səfər ərəfəsində yeni missiya ortaya çıxıb – Amerika əsgəri tərəfindən 16 dinc sakinin öldürülməsindən sonra yaranmış gərginliyi yoluna qoymaq. L. Panetta faciənin baş verdiyi Qəndahara deyil, qonşu Gilmənd əyalətinə gedəcək və orada ABŞ və Gürcüstan əsgərləri ilə görüşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR