Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb, onlardan biri hərbçidir

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb, onlardan biri hərbçidir
# 16 sentyabr 2012 19:42 (UTC +04:00)
Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol nəqliyyat hadisəsi rayonun Muxax kəndi ərazisində baş verib. Zaqatala rayonu Muxax kənd sakini, 1963-cü il təvəllüdlü Hacıyev Murtuzəli Mustafa oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 06 BB 881 dövlət nişan nömrəli avtomobil “Şaqman” markalı, 99 CF 285 dövlət nişan nömrəli yük maşını ilə toqquşub.

Nəticədə “VAZ-21011”-in sürücüsü Murtuzəli Hacıyev, avtomobildə olan sərnişinlər - Muxax kənd sakini, 1970-ci il təvəllüdlü Abakarova Zərnişan Süleyman qızı və Zərnişan Abakarovanın 20 yaşlı oğlu Abakarov Məhəmməd Eyvaz oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Onların durumunun orta-ağır olduğu bildirilir.

Zaqatala RPŞ-dən APA-ya bildirilib ki, qəza zamanı xəsarət alan 20 yaşlı Məhəmməd Abakarov Azərbaycan Ordusunun əsgəridir. Məzuniyyətə buraxılan Məhəmməd Abakarov qəza baş verməzdən bir neçə saat əvvəl evə gəlib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR