Azərbaycana gətirilməsinə cəhd edilən qaçaqmal arasında mobil telefonlar üstünlük təşkil edir

Azərbaycana gətirilməsinə cəhd edilən qaçaqmal arasında mobil telefonlar üstünlük təşkil edir
# 11 sentyabr 2012 10:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Hazırda Azərbaycana gizli yolla gətirilməsinə cəhd edilən qaçaqmal arasında mobil telefonlar üstünlük təşkil edir.

«APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Onun sözlərinə görə, əgər əvvəllər ən çox problem tütün məmulatları və ya spirtli içkilərdə yaranırdısa, indi əsas problemlərdən biri qaçaq yolla gətirilən mobil telefonlardır: “Ölkəyə qaçaq yolla mobil telefonlar ən çox Gürcüstandan gətirilir. Bundan başqa, qanunsuz şəkildə mobil telefonlar Dubay və Çindən də gətirilir. Elə gün olmur ki, bununla bağlı əməliyyat aparılmasın”.

Komitə sədri bildirib ki, mobil telefon qaçaqmalçılığının əsas səbəbi vergidən və gömrük rüsumlarından yayınmaqdır. Bundan başqa, qanunvericiliyə əsasən ölkədəki mobil telefonlar qeydiyyata götürülməlidir: «Bu mənada qaçaqmalçılar həm də həmin telefonların sənədləşdirilməsindən yayınmaq istəyirlər».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR