Azərbaycan Xəzərin donması ilə əlaqədar gəmilərə xəbərdarlıq edib

Azərbaycan Xəzərin donması ilə əlaqədar gəmilərə xəbərdarlıq edib
# 06 fevral 2012 14:26 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının (ARDDA) rəis müavini Ehtiram Rəhimov məlumat verib.

Onun sözlərinə görə, hazırda dənizin donması şimalda Həştərxan sahillərində müşahidə olunur və bu istiqamətdə Azərbaycan gəmiləri işləmir: «Bizim gəmilər əsasən Aktauya və Mahaçqalaya yük daşıyırlar. Bu istiqamətdə də donma yoxdur. Bununla belə biz mümkün ehtimalları nəzərə alaraq lazımi tədbirlər görürük».

ARDDA rəsmisi onu da bildirib ki, dekabr ayında Bakıda istifadəyə verilmiş Uzaq Məsafədən tanıma və İzləmə Milli Mərkəzi naviqasiya təhlükəsizliyi və hava proqnozları barədə gündə iki dəfə Xəzərdəki bütün gəmilərə məlumatları ötürür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR