Almaniya Bundestaqı İspaniya banklarına 100 mlrd. avro ayrılmasını dəstəkləyib

Almaniya Bundestaqı İspaniya banklarına 100 mlrd. avro ayrılmasını dəstəkləyib
# 20 iyul 2012 07:38 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya Bundestaqı səs çoxluğu ilə İspaniyanın bank sektoruna 100 mlrd. avro yardım göstərilməsi haqqında tədbirləri dəstəkləyib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, deputatlardan 473-ü sənədin lehinə, 97-si əleyhinə səs verib, 13 nəfər bitərəf qalıb.

Qeyd edək ki, rəsmi Madrid iyunun 25-də ölkənin bank sisteminin təkrar kapitallaşması üçün Avropa Birliyindən (AB) 100 mlrd. avro yardım istəyib. AB maliyyə nazirləri müraciətə müsbət cavab verib. Məsələ ilə bağlı yekun qərarın bu gün qəbul edilməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR