Avropa Şurası Nazirlər Komitəsinin iclası keçirilir

Avropa Şurası Nazirlər Komitəsinin iclası keçirilir
# 18 may 2016 09:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bolqarıstanın paytaxtı Sofiyada Avropa Şurası Nazirlər Komitəsinin 126-cı sessiyası keçirilir.

APA-nın xəbərinə görə, Azərbaycanı sessiyada xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Açılışda çıxış edən Bolqarıstan prezidenti Rosen Plevneliyev bildirib ki, Avropa Şurası qitədə dialoq, demokratiya və gələcəyə yönəlik ümumi həll yolları üçün platformadır.

Müzakirə və qəbul edilməsi planlaşdırılan məsələlərə zorakı ekstremizm və radikallaşmaya aparan terrorizm təhdidi ilə mübarizə, qaçqın böhranına qarşı cavab tədbirləri görmək, Avropa İnsan Haqları Məhkəməsi sisteminin uzunmüddətli effektivliyinin təmin edilməsi, qonşu regionlara münasibətdə Avropa Şurasının siyasəti və Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri aiddir.

Sessiyanın sonunda Bolqarıstanın xarici işlər naziri D. Mitov ölkəsinin sədrliyi ilə bağlı hesabat verəcək və sədrliyi Estoniyanın xarici işlər naziri Marina Kaljuranda təhvil verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR