Rusiya səfiri Niderland XİN-ə çağırılıb

Rusiya səfiri Niderland XİN-ə çağırılıb
# 30 sentyabr 2016 14:03 (UTC +04:00)


Moskva. Fərid Əkbərov - APA. Rusiya Federasiyasının Niderlanddakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin “Reuters”ə istinadən verdiyi məlumata görə, buna səbəb Moskvanın Ukraynada 2 il əvvəl Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı beynəlxalq təhqiqatın ilkin nəticələrini tənqid etməsi olub.

Niderland XİN başçısı Berta Kunders bildirib ki, Rusiyanın reaksiyası təhqiqatın həqiqiliyini, peşəkarlığını və müstəqilliyini şübhə altına qoyur. Nazir deyib ki, bu, qəbuledilməzdir.

Qeyd edək ki, Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova ölkəsinin təhqiqatının aşağı keyfiyyətdə aparılmasına təəssüfləndiyini bəyan edib. Kreml sözçüsü Dmitri Peskov isə bildirib ki, bu təhqiqatı yekun nəticə adlandırmaq olmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR