Səudiyyə şahzadəsinin Lazur sahilindəki villası qarət edilib

Səudiyyə şahzadəsinin Lazur sahilindəki villası qarət edilib
# 13 iyul 2016 16:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Səudiyyə Krallığının ailə üzvlərindən birinin Fransanın Ramatyuel şəhərciyində icarəyə götürdüyü villa qarət edilib.

APA-nın “ru.rfi.fr” saytına istinadən verdiyi xəbərə görə, villadan 300 min avro məbləğində oğurluq edilib.

Oğurlanan əşyalar arasında qızıl-zinət, dəri materialları, habelə nağd pul olub.

Hadisə ilə bağlı jandarma araşdırmalara başlayıb.

Qeyd edək ki, Ramatyuel şəhərciyi Aralıq dənizinin Lazur sahilində yerləşir.

Ötən il Lazur sahilində Səudiyyə kralı və onun yaxınları üçün çimərliyin bağlanması ilə əlaqədar yerli əhali arasında narazılıq baş qaldırmışdı. Nəticədə kral istirahətini yarımçıq tərk etmək məcburiyyətində qalaraq ölkəsinə dönmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR