Moskvada yaşayış binasında qaz partlayıb, xəsarət alanlar var

Moskvada yaşayış binasında qaz partlayıb, xəsarət alanlar var
# 30 may 2016 03:26 (UTC +04:00)

Bakı-APA. Rusiyanın paytaxtı Moskvada 9 mərtəbəli yaşayış binasında mənzillərdən birində qaz partlayıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident paytaxın cənub-qərb hissəsində, Qaribaldı küçəsində qeydə alınıb.


Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Binanın 30-dək sakini mənzillərdən təxliyə olunub. Baş verən partlayışın səbəbi hələlik məlum deyil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR