İran və Cənubi Koreya arasında 19 sənəd imzalanıb

İran və Cənubi Koreya arasında 19 sənəd imzalanıb
# 02 may 2016 13:17 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran və Cənubi Koreya arasında 19 sənəd imzalanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, sənədlər bu gün iki ölkə prezidentlərinin iştirakı ilə müvafiq qurum rəhbərləri tərəfindən imzalanıb.

İmzalanan sazişlər neft, qaz, neft-kimya, yük daşımaları, nəqliyyat, limanların inkişaf etdirilməsi, iqtisadiyyat, ticarət, səhiyyə və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, Pak Kın He iki ölkə arasında diplomatik əlaqələr qurulduqdan (1962-ci il) sonra Tehrana səfər edən ilk Cənubi Koreya prezidentdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR