Avropa İttifaqı Ermənistanın atom silahına malik olması ilə bağlı açıqlamanı araşdıracaq

Avropa İttifaqı Ermənistanın atom silahına malik olması ilə bağlı açıqlamanı araşdıracaq
# 10 may 2016 16:53 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa Komissiyası hesab edir ki, Ermənistanın nüvə silahına malik olması barədə bu ölkənin sabiq baş naziri Qrant Baqratyanın açıqlaması araşdırılmalıdır.

APA-nın “İnterfax”a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerininin rəsmi nümayəndəsi Maya Kosyançiç deyib. “Bizim nüvə silahı və onun yayılmaması ilə bağlı mövqeyimizi bilirsiniz. Yanaşmamız aydındır”, -deyə o, Brüsseldə keçirilən brifinqdə söyləyib.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Q. Baqratyan Ermənistanın atom silahına sahib olduğunu bildirib. Bu gün Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə ölkənin nüvə silahı yaratmağı planlaşdırmadığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR