Avropa İttifaqı və Türkiyə miqrasiya böhranı ilə əlaqədar razılığa gəlməyiblər

Avropa İttifaqı və Türkiyə miqrasiya böhranı ilə əlaqədar razılığa gəlməyiblər
# 07 mart 2016 21:21 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı və Türkiyə arasında miqrasiya böhranının həlli ilə əlaqədar hələ ki, razılığa gəlinməyib.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

“Bir neçə ölkə Türkiyənin təkliflərini məqbul hesab etsə də, bu gün hər hansı qərar qəbul edilməyəcək. Müzakirələr davam etdiriləcək”, deyə mənbə bildirib.

Qeyd edək ki, hazırda Brüsseldə miqrasiya böhranı ilə bağlı növbədənkənar Avropa-İttifqı-Türkiyə sammiti keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR