Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
# 27 aprel 2016 11:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq olunub.

Daha sonra “Azərcell”ə göndərilən sorğunun cavabı elan edilib. Məlum olub ki, Vergilər Nazirliyinin keçmiş əməkdaşı Asif Cahangirovla Saday Şəkərlinin telefon əlaqəsi olmayıb.

Məhkəmə prosesi mayın 5-də davam etdiriləcək

Qeyd edək ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR