Ekoloji qanunvericiliyi pozanlar barədə hüquq-mühafizə orqanlarına 13, icra qurumlarına 26 iş göndərilib

Ekoloji qanunvericiliyi pozanlar barədə hüquq-mühafizə orqanlarına 13, icra qurumlarına 26 iş göndərilib
# 05 sentyabr 2016 07:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 16-31 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 214 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 44 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, ətraf mühitə dəymiş ziyana görə 18 iş üzrə 1323.52 manat məbləğində iddia qaldırılıb, 45 iş üzrə 55900 manat məbləğində inzibati qaydada cərimə, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 164 iş üzrə 42738.38 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 13, icra qurumlarına isə 26 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR