"Bloomberg": Bu il Azərbaycan iqtisadiyyatı 2,4% böyüyəcək

"Bloomberg": Bu il Azərbaycan iqtisadiyyatı 2,4% böyüyəcək
# 11 yanvar 2016 15:40 (UTC +04:00)

Bakı - APA-Economics. "Bloomberg" agentliyi 2016-cı il üzrə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı ilə bağlı proqnozunu açıqlayıb.

"APA-Economics"in xəbərinə görə, Azərbaycanda bu göstərici cari ildə 2,4% təşkil edəcək.

Türkiyə və Gürcüstanda ÜDM-in 3% artacağı gözlənilir.

Qazaxıstanda bu göstərici 2% təşkil etdiyi halda, Rusiyada 0,5% geriləmə müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Rusiya Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesuela (-3,3%) ilə birlikdə siyahının “dibində” qərarlaşıb.

Siyahının lideri Hindistandır - ekspertlər bu ölkədə ÜDM-in 7,4% artacağını proqnozlaşdırır.

Maraqlıdır ki, iqtisadi çətinliklərə başı qarışan Çində 6,5%-lik artımın olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR