Ucarda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

Ucarda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 19 oktyabr 2015 10:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 17-də saat Ucar rayonunun Alpı kəndində Balakən rayon sakini Bəkir Qarayevin idarə etdiyi “VAZ-21074” və Bakı şəhər sakini Asif Həmzəyevin idarə etdiyi “BYD” markalı avtomobillər toqquşub. B.Qarayev idarəetməni itirdiyindən avtomobili yolun kənarında dayanmış asfalt yayan texnikaya vurub. Nəticədə B.Qarayev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. İlkin araşdırmalarla “VAZ-21074” markalı avtomobilin paytaxtın Yasamal rayonu ərazisindən qaçırılması müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR