Bu ilin 6 ayında AÇG-dən SOCAR-a 1,31 mlrd. kubmetr səmt qazı verilib

Bu ilin 6 ayında AÇG-dən SOCAR-a 1,31 mlrd. kubmetr səmt qazı verilib
# 22 avqust 2016 11:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarısı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,2 mln. kubmetr, ümumilikdə isə 1,31 mlrd. kubmetr səmt qazı verilib.

APA-Economics”in “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən məlumatına görə, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited (OVL)” (2,7%) təşkil edib. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR