“Müstəqil Azərbaycan-25: multikulturalizm və tolerantlığa nümunə ölkə” mövzusunda konfrans keçirilib

“Müstəqil Azərbaycan-25: multikulturalizm və tolerantlığa nümunə ölkə” mövzusunda konfrans keçirilib
# 21 aprel 2016 12:40 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan” qəzeti və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan – 25: multikulturalizm və tolerantlığa nümunə ölkə” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı, Quba rayon İcra Hakimiyyətinin rəsmiləri, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov iştirak edib.


M. Qurbanlı “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır.


Konfransda “Azərbaycanda tolerantlıq ənənələri Qubanın timsalında” mövzusunda məruzə dinlənilib, Qafqaz Müsəlmanları İdarəsinin, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının nümayəndələri və ziyalılar mövzu ətrafında çıxışlar ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR