Haitidə qasırğa nəticəsində ölənlərin sayı 1000 nəfərə çatıb

Haitidə  qasırğa nəticəsində ölənlərin sayı 1000 nəfərə çatıb
# 10 oktyabr 2016 04:42 (UTC +04:00)

Bakı-APA. Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 1000 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.

Son dəfə ölənlərin sayının 877 nəfər olduğu açıqlanmışdı. Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-a təyin edilmiş prezident və parlament seçkiləri təxirə salınıb.

Dağıdıcı qasırğadan sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başlayıb. “Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR