Bakıda "Dostluq dünyamız” adlı mahnı və rəqs festivalı keçirilib

Bakıda "Dostluq dünyamız” adlı mahnı və rəqs festivalı keçirilib
# 01 iyun 2016 15:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakıda "Dostluq dünyamız” adlı ümumşəhər mahnı və rəqs festivalı keçirilib.

APA-nın məlumatına görə, tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında baş tutub. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Multikulturalizm ili” münasibətilə təşkil olunan festivalın məqsədi məktəblilərin mədəniyyət və incəsənətə marağının artırılması, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

Festival başlamazdan əvvəl müxtəlif təhsil müəssisələrində təhsil alan istedadlı şagirdlərin əl işlərindən ibarət Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan sərgi nümayiş olunub. Eyni zamanda məktəblilər müxtəlif xalqların musiqi və rəqs nümunələrini ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR