Səfir: “Avropa İttifaqı Azərbaycanla tərəfdaşlıq sazişinin müzakirəsinə başlamaq üzrə mandat məsələsini həll edir"

Səfir: “Avropa İttifaqı Azərbaycanla tərəfdaşlıq sazişinin müzakirəsinə başlamaq üzrə mandat məsələsini həll edir"
# 18 may 2016 10:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Avropa İttifaqı hazırda Azərbaycanla tərəfdaşlığa dair sazişin müzakirəsinə başlamaq üzrə mandat məsələsini həll edir".

APA-nın məlumatına görə, bu sözləri APA-ya açıqlamasında Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O, bunun tezliklə baş verəcəyini bildirib: “Məsələni əvvəlcə üzv ölkələr müzakirə etməlidir. Mandat verilən kimi, formal danışıqlar başlayacaq. Biz hazırda Azərbaycanla “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edirik. Bir sıra fəaliyyət planları həyata keçirmişik. Prioritetlərimiz istiqamətində işləməyə davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR