Brüsseldə xüsusi təyinatlılar terrorçuların olduğu binaya hücuma keçib

Brüsseldə xüsusi təyinatlılar terrorçuların olduğu binaya hücuma keçib
# 15 mart 2016 19:38 (UTC +04:00)

Bakı-APA. Brüsselin Fore kommunasında xüsusi təyinatlı polis əməkdaşları asayiş keşikçilərini yaralayan terrorçuların mövqe qurduqları binaya hücuma keçib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı dörd polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, Brüsseldə Parisdə ötən ilin noyabrında törədilmiş silsilə terror aktları ilə bağlı cinayət işi çərçivəsində xüsusi əməliyyat keçirilir.

Terrorçu olduqları ehtimal olunan silahlı şəxslərin sayı barədə dəqiq məlumat verilmir.

Hadisə yerinə polis və ordunun xüsusi təyinatlı qüvvələri, həmçinin, zirehli texnika cəlb olunub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR