Bakıda intihara cəhdin qarşısı alınıb- YENİLƏNİB

Bakıda intihara cəhdin qarşısı alınıb- <span style="color: red;">YENİLƏNİB
# 20 aprel 2016 22:55 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda intihara cəhd edən sərxoş kişi xilas edilib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu fikrindən daşındırıblar.

İntihara cəhd edən şəxsin kimliyi məlum olub. Bu, 1975-ci il təvəllüdlü Quliyev Elçin Arif oğludur. O, Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılıb.

***

Bakı. Mahir Məmmədli-APA. Bakıda sərxoş kişi intihara cəhd edir.

APA-nın hadisə yerindəki əməkdaşı xəbər verir ki, 40-42 yaşlı kişi özünü Babək prospekti ilə Yusif Səfərov küçəsini birləşdirən tunelin üstünə çıxaraq, özünü atacağı ilə hədələyir.

Naməlum kişi telefonunun ekranının sındığını deyir və yeni telefon tələb edir.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. Hazırda intihara cəhd edən şəxslə psixoloji söhbət aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR