Sabah referendumqabağı təşviqata start veriləcək

Sabah referendumqabağı təşviqata start veriləcək
# 02 sentyabr 2016 07:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Sabahdan Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendumqabağı təşviqat başlayacaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır.

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar bu proses sentyabrın 3-də başlanacaq, sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR