Xoşbəxt Yusifzadə: "Neftin səviyyəsini stabil saxlamaq üçün yeni yataqlar kəşf etmək lazımdır"

Xoşbəxt Yusifzadə: "Neftin səviyyəsini stabil saxlamaq üçün yeni yataqlar kəşf etmək lazımdır"
# 14 oktyabr 2015 13:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Son illər Azərbaycanın kəşf etdiyi yataqlar qaz-kondensat yataqlarıdır. Baxmayaraq ki, qaz-kondensat yataqlarında böyük həcmdə kondensat var, ölkədə neftin səviyyəsini stabil saxlamaq üçün neft yataqları kəşf etmək lazımdır".

"APA-Economics"in məlumatına görə, bunu SOCAR birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X. Yusifzadənin sözlərinə görə, SOCAR dənizdə axtarış-kəşfiyyat işlərini böyük dərinlikdə aparır: "Bu dərinliklərdə də əsasən qaz-kondensat yataqlarıdır. Orada neft yataqlarının kəşfi mürəkkəbdir. Biz artıq yenidən quruda axtarışlara qayıdırıq. Orada mezozoy çöküntüləri var və bu çöküntülərdə çoxlu işlər aparılır. Hazırda SOCAR yeni texnologiyalar vasitəsilə tədqiqat işlərinə başlamaq istəyir. Bu barədə biz bir sıra xarici şirkətlərlə müqavilələr bağlamışıq. Hazırda orada tədqiqat işləri aparılır ki, gələcəkdə mezozoy çöküntülərində kəşfiyyat işlərinə başlayaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR