Bir həftədə Hələb şəhərində 444 nəfər öldürülüb

Bir həftədə Hələb şəhərində 444 nəfər öldürülüb
# 26 sentyabr 2016 14:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Sentyabrın 19-da Suriyada atəşkəsin başa çatdığını açıqlayan Bəşər Əsəd rejimi və müttəfiqi Rusiyaya məxsus qırıcılar Hələb şəhərini bombalamaqda davam edir.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Hələb şəhərinin havadan atəşə tutulması nəticəsində son bir sutkada 85, bir həftədə isə 444 nəfər ölüb.

Verilən məlumata görə, Hələbdə yaralıların sayı 585-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR