Oqtay Əsədov Avropa Şurası ölkələri parlament sədrlərinin görüşündə iştirak edəcək

Oqtay Əsədov Avropa Şurası ölkələri parlament sədrlərinin görüşündə iştirak edəcək
# 10 sentyabr 2016 11:21 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin parlament sədrlərinin görüşündə iştirak etmək üçün Fransaya səfər edəcək.


APA-nın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər daxildir.

AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı; milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi; inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarların səfərbərliyi mövzularında müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclis sədrinin AŞPA-nın rəhbərliyi və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 16-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR