"Nikoil Bank"ın komandası Xızıda təlim-məşq toplantısı keçirib

"Nikoil Bank"ın komandası Xızıda təlim-məşq toplantısı keçirib
# 07 iyun 2016 15:35 (UTC +04:00)

Bakı. APA-Economics. “Nikoil Bank” alpinist klubu Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə dəfələrlə müntəzəm olaraq dağ idman yarışlarını təşkil edir. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu dəfə növbəti hədəf Azərbaycanın səfalı guşələrindən olan Xızı rayonuna, daha dəqiq desək Dübrar dağına təlim-məşq toplantısı təşkil olunub.

Bu dəfəki yürüşün əsas fərqli cəhətlərindən biri də kluba bank əməkdaşlarından təşkil olunmuş yeni üzvlərin daxil olması olub. Yürüş bir o qədər də çətin olmasa da kluba yeni daxil olmuş əməkdaşlar üçün əhəmiyyətli təcrübə qazandırıb. 22 nəfər üzvdən ibarət komanda iyunun 4-də Bakıdan Xızıya istiqamət götürüb. Artıq 2 saatdan sonra təyin olunmuş məntəqəyə çatıblar.

Bir gün öncədən yağan güclü yağış öz təsirini göstərib. Lakin çətinliklərə baxmayaraq komanda bütün heyəti ilə birlikdə təxminən 2,5 saata 6-7 km məsafəni qət edərək müəyyən edilmiş hədəfə müvəffəqiyyətlə çatıb. Ənənəvi olaraq Azərbaycanın üçrəngli bayrağı və bankın bayrağı ilə xatirə şəkli çəkdirdikdən sonra komanda üzvləri bazaya qayıdıblar. Saat 20:00 radələrində komanda artıq Bakıya çatmışdı.

“Nikoil Bank” Azərbaycanda dağ idman yürüşlərinin təşkil olunmasında yaxından iştirak edir. İyul ayında komanda daha böyük heyət ilə Gürcüstan Respublikasının Gudairi rayonunda yerləşən hündürlüyü 3386 metr olan Muxadze (Gürcüstan, 3386 m.) zirvəsini yenidən fəth etməyi, avqust ayında isə Avropanın ən hündür zirvəsi olan Elbrus (RF, 5642 m.) zirvəsini fəth etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR