Rusiyada 5 bayker güllələnərək öldürülüb

Rusiyada 5 bayker güllələnərək öldürülüb
# 08 may 2016 08:58 (UTC +04:00)

Bakı-APA. Bu gün səhər Rusiyada 5 bayker (motosiklet həvəskarı) öldürülüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskva ətrafındakı Yeqorevsk rayonunun Çelnoxov kəndində köhnə pivə zavodunun binası yaxınlığında 27 yaşlı yerli sakinlə baykerlər arasında münaqişə baş verib.

Nəticədə həmin şəxs “Sayqa” markalı karabindən baykerlərə atəş açıb və onlar hadisə yerində ölüblər. Baykerlərə atəş açan şəxs hadisə yerindən qaçıb. Hadisənin şahidi olan iki qadının sayəsində hüquq-mühafizə orqanları qatilin şəxsiyyətini müəyyənləşdiriblər. Hazırda onun saxlanılması ilə əlaqədar əməliyyat keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR