Dərmanların növbəti qiymət tənzimlənməsi ilə bağlı sənəd qəbulu başa çatır

Dərmanların növbəti qiymət tənzimlənməsi ilə bağlı sənəd qəbulu başa çatır
# 22 aprel 2016 11:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dərman vasitələrinin növbəti qiymət tənzimlənməsi ilə bağlı sənədlərin (bəyannamələrin) qəbulu bu gün başa çatır.

APA-nın xəbərinə görə, qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Tarif Şurası tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix cari ilin aprel ayının 22-si müəyyən edilib.

Qeyd edək ki, ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7 075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib ki, bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir. Bunlardan 5 741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1 334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR