Ramiz Həsənov: "İstehsal və istehlak bazarında mütəmadi monitorinq aparılır"

Ramiz Həsənov: "İstehsal və istehlak bazarında mütəmadi monitorinq aparılır"
# 27 iyun 2016 11:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın istehsal və istehlak bazarında mütəmadi olaraq monitorinq aparılır.


"APA-Economics" xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Sahibkarlıq subyektlərində yoxlamaların dayandırıldığını xatırladan R. Həsənov bildirib ki, vətəndaşlardan hər hansı məhsulun keyfiyyəti ilə bağlı şikayət daxil olduğu, qurum tərəfindən dərhal buna reaksiya verilir və veriləcək.

"Komitənin əməkdaşları ancaq bazardan məhsulları alır və laboratoriyada onların analizini aparır. Müəyyən problem aşkarlananda istehsalçıya məlumat verilir", - deyə R. Həsənov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR