DÇ-2016: Azərbaycan millisinin final mərhələsində oyunlarının vaxtı açıqlanıb

DÇ-2016: Azərbaycan millisinin final mərhələsində oyunlarının vaxtı açıqlanıb
# 20 may 2016 08:31 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə DÇ-2016-nın final mərhələsinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə mundiala vəsiqə qazanan Azərbaycan yığmasının F qrupundakı oyunlarının da vaxtı müəyyənləşib.

Kolumbiyadakı yarışa sentyabrın 12-də başlayacaq komandamız saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 13-də saat 03:00-da) Mərakeşlə üz-üzə gələcək.

3 gün sonra eyni vaxtda komandamız İspaniya ilə qarşılaşacaq. Sentyabrın 18-də yığmamız saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 19-da saat 03:00-da) İranla görüşəcək.

Millimiz qrupdakı hər 3 matçını Medelyin şəhərindəki “Kolizeo Kubierto Mayor” arenasında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR