Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb

Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb
# 11 avqust 2016 10:42 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 10-da saat 23 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Orxan Məmmədli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini İlham Məhərrəmovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR