Səyyad Salahlı: “Din xadimləri radikalizmlə mübarizə işində fəal iştirak etmirlər”

Səyyad Salahlı: “Din xadimləri radikalizmlə mübarizə işində fəal iştirak etmirlər”
# 21 iyul 2016 13:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərini radikalizmə qarşı kifayət qədər mübarizə aparmamaqda ittiham edib.

Komitədən APA-ya verilən məlumata görə, bu barədə qurumun sədrinin birinci müavini Səyyad Salahlı dini icma rəhbərləri ilə keçirdiyi görüşdə bildirib.

S. Salahlı təəssüflə vurğulayıb ki, dövlətin yüksək diqqət və qayğısının müqabilində bir sıra hallarda din xadimləri radikalizmlə mübarizə işində fəal iştirak etmirlər: “Bəzi qruplar öz şəxsi mənafeləri naminə, hətta cəmiyyətin gələcəyini təhlükə altına salaraq, insanları radikalizmə sürükləyən fəaliyyətə can atırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dövlətin digər müvafiq qurumları bu qruplara qarşı mübarizə aparmaqdadır. Ancaq çox istərdik ki, dindarlarımızın, nüfuzlu din xadimlərimizin bu istiqamətdə fəaliyyəti, radikalizmə qarşı seçdikləri taktika daha güclü və daha effektli olsun. Bunun üçün ilk növbədə özünü, daha sonra isə digər insanları xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirmək mütləqdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR