Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçki məntəqələrində səsvermə prosesində videoçəkiliş aparılmasını biz alqışlayırıq. Ancaq insanların konstitusion haqları var, etiraz varsa, çəkiliş aparılmamalıdır”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, beynəlxalq təşkilatların əməkdaşları ilə söhbətlərdə də bunu deyib və onlar da bu fikirlə razılaşıblar.