Sabir Rüstəmxanlı: “İran televiziyasında Azərbaycan türklərinin təhqir olunması birinci və sonuncu hal deyil” - FOTO

Sabir Rüstəmxanlı: “İran televiziyasında Azərbaycan türklərinin təhqir olunması birinci və sonuncu hal deyil” - <span style="color: red;">FOTO
# 12 noyabr 2015 12:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə İranda son günlər baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən VHP sədri, DAK həmsədri Sabir Rüstəmxanlı bildirib ki, son günlər Cənubi Azərbaycanda baş verən hadisələr milli məsələdir və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs burda öz mövqeyini ortaya qoymalıdır: "Orada soydaşlarımız ayağa qalxıb, təhqir olunmasına etiraz edir. Tehranda, Təbrizdə, Urmiyada, Ərdəbildə və başqa yerlərdə kütləvi mitinqlər keçirilir. İran televiziyasında Azərbaycan türklərinin təhqir olunması birinci və sonuncu hal deyil. Təəccüblü odur ki, dini lideri milliyyətcə türk olan bir dövlət türkləri bu formada təhqir edir".

Jurnalist Əmin Müvəhhidi isə çıxışı zamanı türk dünyasını bu gün İranda baş verənlərə biganə yanaşmaqda ittiham edib: "Mən əminliklə deyə bilərəm ki, soydaşlarımız etiraz aksiyalarını davam etdirəcəklər".

Sonda DAK İrandakı hadisələri pisləyən bəyanat qəbul edib.

Xatırladaq ki, noyabrın 6-da İranın "Kanal-2" telekanalında yayımlanan proqramda İranda yaşayan azərbaycanlılar təhqir edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR