İranda Buşəhr-2 AES-in inşasına başlanılıb

İranda Buşəhr-2 AES-in inşasına başlanılıb
# 10 sentyabr 2016 09:47 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranda Buşəhr-2 Atom Elektrik Stansiyasının inşasına başlanılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, stansiyanın təməlqoyma mərasimində İran prezidentinin birinci müavini İshaq Cahangiri, İran Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi və Rusiyanın “Rusatom”un şirkətinin rəhbəri Sergey Kiriyenko iştirak edib.

Tikinti işləri 9 ilə tamamlanacaq. Üçüncü AES-in inşasına isə 18 aydan sonra başlanılacaq. İki AES-in tikintisinə 10 milyard dollar vəsaitin sərf olunacağı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR