Qusarda ikimərtəbəli ev yanıb

Qusarda ikimərtəbəli ev yanıb
# 21 yanvar 2016 00:07 (UTC +04:00)

Bakı-APA. Qusarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 49 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR