Milli Məclisdə beynəlxalq festivalın iştirakçıları ilə görüş keçirilib

Milli Məclisdə beynəlxalq festivalın iştirakçıları ilə görüş keçirilib
# 22 sentyabr 2016 10:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalının iştirakçıları ilə görüş keçirilib.

APA-nın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sədrliyi ilə keçən görüşdə deputatlar Aqiyə Naxçıvanlı, Fuad Muradov, Çingiz Qənizadə, universitet rektorları və xarici qonaqlar iştirak ediblər.

H. Rəcəbli ölkədə əlilliyi olan şəxslər üçün həyata keçirilən sosial proqramlardan, dövlət dəstəyindən danışıb.


A. Naxçıvanlı isə bildirib ki, Azərbaycanda son illərdə inklüziv təhsilin təşkilinə xüsusi əhəmiyyət verilir: “Bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə görülən işləri xüsusi qeyd etmək lazımdır”.

Öz növbəsində F. Muradov deyib ki, Azərbaycanın sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını nəzərdə tutan qanunvericilik bazası Avropa standartlarına cavab verir.

Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda Əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalı keçirilir. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR