Azərbaycan zabiti: “Minalanmış sahələri itkisiz təmizləyib, hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirdik”

Azərbaycan zabiti: “Minalanmış sahələri itkisiz təmizləyib, hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirdik”
# 04 may 2016 12:29 (UTC +04:00)

Füzuli. Ziya Əmirxanlı - APA. “Düşmənin minaladığı sahələri vaxtında və itkisiz təmizləyib, öz hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirməyə nail olduq”.

Bunu APA-nın Qarabağ bürosuna Lələtəpə yüksəkliyinin tutulmasında iştirak edən döyüşçülərdən biri, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi xidmətdə fərqlənməyə görə, 3-cü dərəcəli medalla təltif olunan “N” saylı hərbi hissənin zabiti Ruslan Qasımov deyib.

Təltif olunan hərbçilər adından Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edən zabit deyib ki, Ali Baş Komandanın tapşırıqlarını hər an yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR