Musiqili Teatrda rejissor Əli Usubovun 80 illik yubileyi qeyd olunub

Musiqili Teatrda rejissor Əli Usubovun 80 illik yubileyi qeyd olunub
# 06 oktyabr 2015 14:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında əməkdar incəsənət xadimi Əli Usubovun 80 illik yubileyi qeyd olunub.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov çıxış edərək Ə. Usubovun həyat və yaradıcılığından bəhs edib, onun fəaliyyətinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Tədbirin sonunda yubliley münasibətilə Ə. Usubovun quruluş verdiyi SSRİ xalq artisti Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası nümayiş olunub.

Qeyd edək ki, Ə. Usubov 1935-ci ildə Gəncədə anadan olub. 1961-65-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində, 1965-70-ci illərdə isə N.A. Rimski-Korsanov adına Leninqrad Dövlət Konservatoriyasında musiqili teatr rejissorluğu fakültəsində Rusyanın xalq artisti Roman Tixomirovun sinfində təhsil alıb.

Ə. Usubov 50-yə yaxın opera və operettaya quruluş verib. Onun quruluşunda “Arşın mal alan” beynəlxalq layihə çərçivəsində Paris, Strasburla yanaşı, bir sıra MDB dövlətlərinin şəhərlərində də nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR